Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülün 90 yaşlı anasının İstanbuldakı evindən 1,5 milyon lirə pulu oğurlanıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Etilərdəki evində xidmətçi işləyən türkmənistanlı qadın pulları oğurlayaraq qaçıb.
Aparılan əməliyyat nəticəsində türkmənistanlı qadın həyat yoldaşı ilə birlikdə Ankarada tutulub. Verilən məlumata əsasən oğurlanan pullar da onların üzərindən çıxıb.