Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Məşhur müğənninin ölüm xəbərini yaydılar – VİDEO

Uzun müddətdir ki, efirlərdən uzaq düşən tanınmış müğənni Qədir Məmmədov görünməməsinin səbəblərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, görünməməsinin şayiələrə rəvac verdiyini də gizlətməyib:

“İllərlə efirə çıxmıram. Bilirəm ki, oxuduğum musiqilər xalqın qəlbindədir. Beş il oxumadığım vaxtlarda, haqqımda elə şayiələr yaydılar ki; səsi batıb, rəhmətə gedib, burda yoxdur. Efirdə olmamağımdan istifadə edən adamlar o şayiəni ildırım sürəti ilə yayır. Yenə başlayıblar. Tamaşaçılarıma demək istəyirəm ki, şayilərə inanmasınlar. Efirlərə az çıxmaq lazımdır. Tamaşaçını doydurmaq lazım deyil”.

Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru

 

www.yenicag.az

9597