Türkiyənin məşhur müğənnisi Haluk Levent anasını itirib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, müğənni Haluk Leventin anası Sabriye Acil 93 yaşında vəfat edib. Xəbəri sosial şəbəkədə paylaşan müğənni bu səbəbdən bir müddət izləyiciləri ilə ünsiyyət qurmayacağını bildirib.
Adanada baş tutan yas mərasimindən sonra müğənninin anası ailə qəbirstanlığına basdırılıb.