Məşhur musiqi qrupu Bakıya gəlir – “Formula 1” üçün

Britaniyanın məşhur musiqi qrupu “Jamiroquai” “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün Bakıya gələcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai verib.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-Prisi 27-29 aprel tarixlərində keçiriləcək.