Məşhur musiqiçi vəfat etdi

Amerikalı məşhur ritm-n-blüz ifaçısı, bəstəkar Loyd Prays vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə onun həyat yoldaşı Jaklin məlumat verib.

O bildirib ki, Loyd şəkərli diabetin qurbanı olub.

Qeyd edək ki, Loyd Prays 9 mart 1933-cü ildə Amerikanın Nyu-Orlean şəhərində anadan olub. Ona 19 yaşında populyarlıq qazandıran ilk mahnısı “Lawdy Miss Clawdy” olub.

Praysın “Personality” və “I’m Gonna Get Married” hitləri “Billboard”da öz janrına görə ən yaxşı kompozisiyalar siyahısına əlavə edilib. Onun “Stagger Lee” mahnısı isə “Rolling Stone” jurnalının 500 ən yaxşı hitləri siyahısına daxil edilib.

COP29