Məşhur musiqiçinin milyonluq evi yandı – FOTO

Britaniyanın məşhur musiqiçilərindən Ed Şiranın 1,5 milyon funt sterlinq (təxminən, 1,98 milyon dollar) dəyərindəki əmlakında yanğın hadisəsi baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki,  musiqiçi bu xəbərdən şoka düşüb.

Hadisə yerinə üç yanğınsöndürən maşını və xilasetmə qüvvələri cəlb olunub. 90 dəqiqə ərzində alov söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.