Məşhur narkobaronun qaldığı “lüks” kamera – Fotolar

pavan 1aaaqParaqvayda məşhur braziliyalı narkobaron Jarvis Şimenes Pavanın qaldığı həbsxana koloniyasına dünyada bir çox insanlar həsəd apara bilər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Takumbu həbsxanasındakı kamerada hər cür rahatlıq var: qaçış trenajoru, plazma televizor, mətbəx və vanna otaqları, rahat çarpayı, kondisioner, DVD-disklərdən ibarət kolleksiya, brend əşyalar…

Digər məhbusların sözlərinə görə, bu şərait üçün Pavan hər ay həbsxana rəhbərliyinə 5 min dollar ödəyir.