Məşhur naşirdən Türk Mədəniyyəti və İrsi Fonduna qarşı sərt İTTİHAM: “Buna görə məhkəməyə veriləcək”

“İan Peart Azərbaycan dilindən ingilis dilinə tərcüməçidir. O, klassik Azərbaycan poeziyası nümunələrindən tutmuş müasir dövr bədii mətnləri, tarix və incəsənətimizə aid əsərləri tərcümə edən bəlkə də yeganə ingilisdillidir. Əvvəl xanımı ilə tərcümə edirdi; xanımı azərbaycanlı idi və 23 il birlikdə yaşamışdılar, o rəhmətə gedəndən sonra tərcümə işinə qızı ilə davam edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ingilis dilində keyfiyyətli mətn görmək istəyən hər kəs ona müraciət edir:

“O da Azərbaycana qəlbən bağlı olduğundan, kültürümüzə, ədəbiyyatımıza və tariximizə aid olan heç bir mətnin tərcüməsindən imtina etmir, əksinə, xüsusi həssaslıq göstərir, bəzi faktları müxtəlif mənbələrdən təkrar-təkrar yoxlayır.

Xeyli müddət əvvəl Türk Mədəniyyəti və İrsi fondu onun bir neçə ayını məşğul edən tərcümə sifariş edir. Avans da ödəmir.

İşi təhvil verəndən sonra əvvəlcə, bu gün-sabaha saldılar, sonra isə “Rəhbərlik dəyişib, bizim məlumatımız yoxdur” deməklə qonorarı ödəməkdən imtina etdilər.

İan Peart çox vicdanlı, işində dəqiq biridir, tanıyanlar bunu yaxşı bilir. Yaşayışı, sağlamlığı, evinin xərcləri hamısı tərcüməyə bağlıdır.

Zəhmətin ödənməməsi, müraciətin iqnor edilməsi insanlığa zidd olmaqla yanaşı hüquqa da ziddir. Bu məsələdə heç bir halda Türk Mədəniyyəti və İrsi fondu yaxasını kənara çəkə bilməz. Bir həftə ərzində İan Peartin qonorarını ödəməlidir. Əks halda həmkarımızın haqlarını müdafiə etməklə bağlı məhkəməyə müracət edəcəyik”.

 

Beynəlxalq təşkilat – Türk Mədəniyyəti və İrsi Fondu olaraq ictimaiyyatın diqqətinə çatdırmaq istərdik ki, cənab İan Peart-ın və təşviqi ilə istənilən şəxsin Təşkilatımız barəsində yaydığı fikir və iddialar əsassız və həqiqətə uyğun deyil.

Belə ki, onun iddia etdiyi kimi göstərdiyi xidmətlər barəsində təşkilatımız ilə onun arasında hər hansı əqd və ya anlaşma imzalanmamışdır və onun qarşısında Təşkilatımızın hər hansı hüquqi öhdəliyi mövcud deyildir.

Qətiyyətlə bəyan edirik ki, Təşkilatımız istənilən hüquqi və fiziki şəxslər qarşısında öz üzərinə götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam icra edib, icra edir və icra edəcəkdir.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq media qurumlarını Türk Dünyasının Beynəlxalq Təşkilatı olan Türk Mədəniyyəti və İrsi Fondu baərsində hər hansı məsələnin mahiyyətini tam araşdırmadan və əsası olmayan iddiaları öz səhifələrində yayımlamamağa çağırırıq.

Hər hansı şəxs tərəfindən Təşkilatımızın nüfuz və imicinə mənfi təsir göstərəcək və Təşkilatımza zərər vuracaq əsassız və həqiqətə uyğun olmayan iddiaları irəli sürmək və yayımlamağın qarşısını almaq istiqamətində mümkün bütün hüquqi addımların atılacağını bəyan edirik.

Qeyd edək ki, tərcümənin sifarişi Günay Əfəndiyevanın sədrlik dönəminə təsadüf edir. Günay Əfəndiyeva yazıçı Elçinin qızıdır.

COP29