Məşhur oyun satıldı – 5,9 milyard dollara

maxresdefaultvxxvxv“Activision Blizzard” şirkəti “Candy Crush Saga” oyunun yaradıcısı “King Digital Entertainment”-i alıb.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Candy Crush Saga” oyunu əvvəlcə “King” şirkətinin saytında istifadəçilərin ixtiyarına verib. Daha sonra oyunu “Facebook”, daha sonra isə “İOS” və “Android” mobil platformalarında oynamaq mümkün olub. Müqavilənin dəyəri 5,9 milyard ABŞ dolları olub ki, bu da şirkətin bazar kapitalından 26% (4,7 milyard ABŞ dolları) çoxdur. Şirkətin alınması əməliyyatı 2016-cı ilin payızında başa çatacaq.

“Activision Blizzard” şirkətinin icraçı direktoru Bobbi Kotik bəyan edib ki, “King” şirkətinin alınması onlara öz auditoriyalarını artırmağa imkan verəcək. Belə ki, oyunu oyunların 60% qadınlardır. “Activision” “World of Warcraft”, “Call of Duty”, “Diablo”, “Destiny” kimi oyunların sahibidir. Bu cür oyunların istifadəçiləri aylıq 500 milyon nəfərdir.

Qeyd edək ki, daha əvvəl “Candy Crush Saga” oyunu bütün dövrlər ərzində “iPhone” və “iPad” qurğularında ən populyar oyun olub.

Yenicag.az