!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Betmen oyununda öldürülən rus səfirinin görüntüsü - Rezonans

!Reklam – Yazi

ABŞ-ın “Telltale Games” studiyasının təqdim etdiyi “Batman: The Enemy Within” oyununun ikinci epizodunda qətlə yetirilən rus səfiri Andrey Karlovun şəkli yerləşdirilib.

Yenicag.az Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, həmin epizodda super-qəhrəman öz köməkçisi Alfredlə cinayəti müzakirə edir. O, bir məqamda bankdan çəkilən şəklə baxır. Burada isə həlak olmuş səfirin görüntüsü yer alır.

Belə məlum olur ki, oyunun yaradıcıları Karlovun öldürülməsindən sonra çəkilən şəkli kəsərək, kiçik düzəlişlərlə istifadə ediblər.

Ehtimal edilir ki, oyunun rəssamı tənbəllik edərək, sadəcə, internetdə qarşısına çıxan ilk şəkli götürüb, mənbə ilə heç maraqlanmayıb.

Xatırladaq ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılış mərasimində çıxış edərkən türk polisi Mevlüt Mert Altıntaş tərəfindən qətlə yetirilib.

www.yenicag.az

1860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv