!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur pizza restoranında bakteriyalı məhsullar aşkarlandı-Bakıda

!Reklam – Yazi

Galore_Pizza_Sex“Mozarella” kafesində standartların tələblərinin pozulduğu aşkar olunub

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri  Nərimanov rayonu, Ağa Nemətulla, ev 44/2, m.1 ünvanında yerləşən fiziki şəxs Qasımov Aydın Ədalət oğluna məxsus “Mozarella” kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 

Araşdırma zamanı məlum olub ki, müəssisədə standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə riayət edilmir. Belə ki, hazırlanmış “Krevetli Sezar” salatı mikrobioloji göstəricilərdən bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə normativ sənədin tələblərinə cavab vermir. Həmçinin müəssisədə mənşəyi məlum olmayan üzərində istehsalçısı, istehsal tarixi, yararlılıq müddəti və məhsul barədə texniki normativ hüquqi aktlarda nəzərdə tutulan digər məlumatlar mövcud olmayan  3,6 kq sucuk, 2,690kq bişmiş kolbasa, 0,810qr bişmiş hisə verilmiş kolbasa aşkar olunub. Habelə kulinariya məmulatlarının hazırlanmasında  istifadə olunan xammalların uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Müəssisədə istismar olunan 6 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçməmişdir. Qeyd olunan nöqsanların nəticəsində sahibkar  “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununu,  “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu  və normativ sənəd AZS 804-2015 tələblərini  pozub.

 

Aşkar edilmiş nöqsanlarla bağlı  məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv