!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur prodüserdən SƏRT İRAD: “Elə adamları tapıb efirə çıxarırlar ki, baxırsan…” - FOTO

!Reklam – Yazi

“Elə adamları tapıb, cavan prodüser adı ilə eifrə çağırırlar ki, onlar heç prodüser deyil”.

Bunu şou-bizneslə bağlı fikirlərini bölüşərkən tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.

N.Qafarov diqqətsizlik üzündə bir çox həmkarlarının artıq prodüser kimi fəaliyyətlərini davam etdirmədiklərini, başqa işlərlə olduğunu bildirib.

“Bizim şou-biznes yalnız toy biznesindən ibarətdir. Bu pandemiya şou-biznesi bir az da geri saldı. Müğənnilər çox gerilədi. Şou-biznes əvvəllər A, B kateqoriyasından ibarət idisə, indi artıq A, B, S kateqoriyasını əhatə edir. Bu dəqiqə hamı meyxana stilində “can-can”, “bəh-bəh” kimi bir söz tapıb mahnı oxuyur, camaatın çoxu da onları bəyənir. Kefiyyətli mahnıya da heç kim qiymət verir.

Televizoru açırsan, eyni verilişlər, eyni mövzular. Axı nə qədər eyni adamları verilişə çağırmaq olar? Adama sual verərlər məni niyə efirə çağırmırsız? Adama təsir edir. Elə adamları cavan prodüser adı ilə efirə çağırırlar, hansı ki, heç prodüser deyil, menecerdirlər. Şou-biznesdən incik düşən çoxlu prodüserlər də var. Eləsi var aparıcılıq da edir. Çoxu görür ki, əziyyətə qiymət verən yoxdur, başqa işlərlə məşğul olur. Onları heç qınamıram da. Mən özüm şou-biznes aləminə prodüser kimi gəlmişəm, elə belə də gedəcəm. Amma sözün açığı, mən də ürəyimdə iyrənmişəm, çünki şou-biznes o deyil”.

Cəvahir

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv