Rusiya hüquq-mühafizə orqanları məşhur “qanuni oğru” İlyas Sarkiyevi saxlayıb.
Yenicag.az xəbər verir ki, “Vovçik” ləqəbi ilə tanınan avtoritet dələduzluqda ittiham edilir.
Belə ki, o, 2013-cü ildən 2016-cı ilədək olan müddətdə tanışlarından aldığı 25 milyon rublu mənimsəyib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 1945-ci ildə Mahaçqalada anadan olan İlyas Sarkiyev ömrünün yarıdan çoxunu həbsxanada keçirib. Bu dəfəki əməlinə görə isə “Vovçik”i 10 ilədək həbs gözləyir.