Ermənistanda “qanuni oğru” Merab Kalaşov saxlanılıb.
Yenicag.az xəbər verir ki, kriminal aləmdə Merab Tbilisski kimi tanınan 43 yaşlı “qanuni oğru” 2015-ci ildən Fransa hüquq-mühafizə orqanları tərəfindən axtarılır.
Merab Tbilisski cinayət hazırlığında, eləcə də mütəşəkkil cinayət qruplaşması tərəfindən oğurluqda iştirakda, çirkli pulların yuyulmasında ittiham olunur.