Kriminal aləmdə “Vaqon” ləqəbilə tanınan “qanuni oğru” Vladimir Vaqin intihar edib.
Yenicag.az xəbər verir ki, 54 yaşlı “qanuni oğru” Vsesvyatskaya qəsəbəsində (Perm diyarı) yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində həyatına son qoyub.
Dəfələrlə həbs olunan Vaqin “qanuni oğru” titulunu 1995-ci ildə Yuri Piçuqin (Piçuqa) və Vasili Xristoforov ( Voskres) kimi avtoritetlərlə bir sırada əldə edib. O, postsovet məkanının başlıca “qanuni oğru”larından olan Aslan Usoyanın (Ded Xasan) klanında açar fiqurlardan biri hesab olunub.