Məşhur “qanuni oğru”lar saxlanıldı – Biri suala gülüşlə cavab verdi

Rusiyada Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən iki “qanuni oğru” saxlanılıb.

Yenicag.az xəbər verir ki, onlardan biri titulunu itirmiş Vaxtanq Pşenitski (Vaxo Zuqdidski) və fəaliyyətdə olan “qanuni oğru” Valiko Ceceydir (Valter).

Dindirilmə zamanı 68 yaşlı Vaxo Zuqdidski Rusiya vətəndaşı olduğunu, rəsmi təqaüd aldığını bildirib. O, daha öncə həbs olunmadığını, “qanuni oğru” olmadığını və heç vaxt bu titulu daşımadığını deyib.

Valterin dindirilməsi isə daha maraqlı məqamlarla yadda qalıb. O, həmişə Rusiya vətəndaşı olduğunu, ümumi 20 il olmaqla bir neçə dəfə həbs olunduğunu qeyd edib. “Qanuni oğru” olub-olmadığına dair suala isə Valter gülüşlə cavab verib. O, dəfələrlə bu sualın ona ünvanlandığını deyib. Lakin bu faktı inkar etməyib.

“Qanunçu”ların hansı səbəbdən saxlanıldığına dair hələ ki məlumat verilməyib.

COP29