İspaniya La Liqasının 27-ci turunda “Levante”nin qonağı olan “Espanyol”un qapıçısı Dieqo Lopez ölümdən dönüb.
Yenicag.az xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində rəqib futbolçu ilə toqquşan təcrübəli qapıçı huşunu itirib.
36 yaşlı qolkiper yalnız həkimlərin müdaxiləsindən sonra özünə gəlib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.