Məşhur qrup fəaliyyətini bərpa edir

1990-cı illərdə populyar olan “Spice Girls” pop-qrupunun üzvləri 2018-ci ildə yenidən fəaliyyətini bərpa edəcək.

Yenicag.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hazırda sözügedən qrupun üzvləri televiziyada yeni şou veriliş və növbəti albomun buraxılması da daxil olmaqla bir sıra layihələr üzərində işləyirlər.

Qeyd edək ki, “Spice Girls” qrupu Melani Braun, Viktoriya Bekhem, Emma Banton, Melani Çisholm və Ceri Holliuelldən ibarətdi. Məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı olan Viktoriya Bekhemin əvvəllər həmişə bu tip təkliflərə qarşı olduğunu bildirməsinə baxmayaraq, bu dəfə o da digər sabiq solistlərlə birgə buna razılıq verib.

COP29