Məşhur rejissor evini rekord qiymətə satdı – FOTO

“Forsaj” filmləri ilə məşhurlaşmış Castin Lin Los-Anceles şəhərindəki evini 5,5 milyon dollara satıb.

Yenicag.az xəbər verir ki, bu, indiyədək Los-Ancelesda satılan ən bahalı ev olub.

Qeyd olunur ki, 4 mərtəbəli özəl ev 1925-ci ildə inşa olunub. C.Lin həmin evi 2012-ci ildə aktyor Vinsent Qallodan 2,6 milyon dollara satın alıb.