Məşhur rejissor VƏFAT ETDİ – FOTO

Amerikalı tanınmış rejissor, ssenarist və prodüsser Bob Reifelson 90 yaşında vəfat edib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, o, Kolorado ştatının Aspen şəhərindəki evində dünyasını dəyişib.

“Marvin bağlarının kralı” (1972), “Poçtalyon həmişə iki dəfə qapını döyür” kimi filmlər B.Reifelsonun məşhur ekran əsərlərindəndir.

Qeyd edək ki, Bob Reifelson 1932-ci ildə anadan olub.