“Çox təəssüf ki, biz belə oyunlarda tez-tez hakim qərəzinin qurbanı oluruq”.
Bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında “Qarabağ”ın “Bayer 04”ə uduzması və bununla da turnirdə mübarizəni dayandırmasına münasibət bildirən tanınmış rejissor Ramin Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
O, bu nəticəni məğlubiyyət yox, “Qarabağ”ın uğuru kimi dəyərləndirib:
“Məncə, biz məğlub olmadıq, sadəcə olaraq rəqəmlər bu nəticəni göstərir. Bu bizim üçün məğlubiyyət deyil. Komandamız Avroliqanın 1/8 finalına çıxırsa, bu, artıq bizim üçün uğurdur.
Bundan sonra da Azərbaycan futbolunun məsuliyyəti daha da artacaq. Çünki biz artıq 1/8 finalı görmüşük deyə, hər mövsüm daha da irəli getməyi gözləyəcəyik. Çox təəssüf ki, biz belə oyunlarda tez-tez hakim qərəzinin qurbanı oluruq.
“Qarabağ” azarkeşlərini təbrik edirəm”.
Cəvahir