Məşhur rejissorun Çingiz Hüseynov XATİRƏSİ: “Onunla 4 saata yaxın davam edən müsahibədə…”- Fotolar

“O, hər zaman ürəyində, zehnində bir əsrlik salnamə yaşadırdı”

Bu fikirləri dünən İsrailin Qüds şəhərində dünyasını dəyişən Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynovla bağlı danışan tanınmış kinorejissor Tahir Tahiroviç Yenicag.az-a açıqlamasında deyib.

Çingiz Hüseynov haqqında filmin müəllifi olan rejissor uzun illər İsraildə yaşayan və yaradıcılığını həmin ölkədə davam etdirən yazıçı ilə bağlı xatirəsini bölüşüb:

“Çingiz Hüseynovla tanışlığım 15 il əvvəl yarandı. Onunla Moskvada “Peredelkino” yaradıcılıq evində görüşdük. Bu görüş xatirəmdə və yaradıcılığımda böyük iz buraxdı.

Əziz Şərfilə bağlı xatirələrini lentə aldım. Sonra qismət gətirdi, keçən il yanvarın 15-də Azərbaycan Kinomatoqrafçılar İttifaqının dəstəyi ilə Çingiz Hüseynov haqqında filmin çəkilişlərinə başladım.

Çəkilişlərlə əlaqədar olaraq Qüdsdə 3-4 gün onun qonağı oldum. Onunla 4 saata yaxın davam edən müsahibədə yüzillik salnamə danışdı. Olduqca maraqlı bir filmdir. Yaxın zamanlarda bu filmi tamaşaçılara təqdim edəcəyik. Çingiz Hüseynov daim ürəyində, zehnində bir əsrlik salnamə yaşadırdı”.

 

Cəvahir

COP29