Məşhur reperin “Gelandewagen”i külə döndü – VİDEO

Rusiyalı reper Timatinin avtomobili qəza nəticəsində yanıb.

Yenicag.az xəbər verir ki, Moskvanın mərkəzi küçələrinin birində reperə məxsus “Gelandewagen” avtomobilini arxadan gələn “Volkswagen” vurub. Qəza nəticəsində Timatinin avtomobili yanmağa başlayıb.

Rusiya mətbuatının yaydığı məlumata görə, Timatinin avtomobilini həmin vaxt cangüdəni A.Rodionov idarə edirmiş. Qəza zamanı reperin avtomobildə olub-olmadığı açıqlanmasa da, sürücünün xəsarət aldığı bildirilir.