Türkiyənin məşhur oriental rəqqasəsi küçədə soyğuna məruz qalıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun illər rəqqasəliklə məşğul olan Didem Kınalı iti ilə gəzintidə olarkən bir nəfər ona yaxınlaşaraq təhdidlə telefonunu əlindən alıb.
Bıçaqlanmaqdan qorxan rəqqasə həmin adama müqavimət göstərə bilmədiyini, yaşadığı hadisə ilə bağlı polisə məlumat verdiyini açıqlayıb.
Polislərin isə hadisə ilə bağlı heç bir araşdırma aparmadığını söyləyən Didem, “olan 70 min lirəlik (təxminən 4100 AZN) telefonuma oldu”, – deyərək üsyan edib.
Qeyd edək ki, Didem hazırda müğənnilik fəaliyyətinə başlayıb.