!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur rəssam qatıldığı sənət festivalından qovuldu

!Reklam – Yazi

Hər kəsin bildiyi, amma heç kimin tanımadığı dünyanın ən məşhur qalmaqallı qraffiti-rəssamı Benksi Venesiyada polislər tərəfindən qovulub.

Yenicag.az xəbər verir ki, buna səbəb Venesiya Sənət Festivalının başladığı bu günlərdə festivala dəvət edilməmiş rəssamın küçədə tablolarından ibarət icazəsiz dəzgah açması olub.

Rəssam tablolarını və polislər tərəfindən qovulması anını sosial şəbəkələrdə paylaşıb. Benksinin açdığı dəzgahda Venesiyaya yanaşan iri sərnişin gəmilərini hədəf alan əsərləri nümayiş edilib. Həmin əsərləri görən italyanların reaksiyası da birmənalı olmayıb.

Qeyd edək ki, kimliyi dəqiq məlum olmayan Benksinin yaradıcılığı cəmiyyətin ictimai-siyasi quruluşunu tənqid üslubu ilə seçilir. O, qanunsuz sayılan küçə sənətini müasir incəsənətin məşhur və bahalı növünə çevirib.

Sayca 58-ci olan Venesiya Sənət Festivalı “Maraqlı Zamanlarda Yaşayasan” başlığı adı altında olub. 11 may-24 noyabr 2019-cu il tarixləri arasında davam edəcək olan bu sənət festivalına bu il 89 ölkə qatılıb.

Tahirə Nur

www.yenicag.az

3437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv