Türkiyəli gənc məşhur restorana bir qutu siçan atıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə xəbər saytı “Cumhuriyyət” yayıb.
Bildirilir ki, Fələstin tərəfdarı olan türk fəal Amerika şirkətinin İsrailə dəstəyinə görə İstanbuldakı McDonald’s filiallarından birinə bir qutu siçan atıb.
Videoda türk fəal qışqıraraq “Müsəlmanların deyil, bu siçanların ətini yeyin” deyib.
Həmin görüntülər mobil telefonla qeydə alınıb:
Xuraman Etibarlı