Məşhur restoranın bütün əməkdaşları işdən çıxdı – Müştərilərə maraqlı MESAJ

ABŞ-ın Nebraska ştatının Linkoln şəhərində fəaliyyət göstərən “Burqer Kinq” restoranının personalı tam tərkibdə istefa verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, işçilər restorandakı əmək şərtlərinin dözülməz olması səbəbindən bu addımı atıblar.

Əməkdaşlar restoranı tərk edərkən zaldakı reklam stendində müştərilərə aşağıdakı mesajı da ünvanlayıblar:

“Biz işdən çıxdıq. Narahatlığa görə üzr istəyirik”.