Məşhur saytın redaksiyasına hücum olundu – Fotolar

Rusiyanın “Lenta.ru” saytının redkasiyasına hücum olunub.

Yenicag.az xəbər verir ki, hadisə Moskvanın Varşavski şossesində baş verib.

Belə ki, bir qrup şəxs redaksiyanın yerləşdiyi binanın korpusunun şüşələrini sındırıb. Ardınca binada yanğın törədən cinayətkarlar, divarlara nasist rəmzi yazıblar.

Qeyd edək ki, hücumun kimlər tərəfindən edildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.