Məşhur serialda FETÖ kitabı – FOTO

Türkiyənin məşhur “Çocuklar duymasın” serialındakı bir səhnədə FETÖ-nu tərifləyən “Barış Köprüleri” (Sülh körpüləri) adlı kitabın nümayişi izləyənlərin diqqətini çəkib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ekranlara yenidən qayıdan serialın yeni bölümündə yük maşınlarının üstündəki şəkillər söz-söhbətə səbəb olmuşdu.

Bu dəfə isə serialın baş rolları Haluk və Meltemin arxasındakı kitab rəfi etirazlara səbəb olub. Belə ki, kitab rəfindəki “Barış Köprüleri” adlı kitab terror təşkilatı FETÖ-nun dünya ölkələrində necə formalaşmasından bəhs edir.

Serialın ssenari müəllifi Birol Güven daha əvvəl də FETÖ-nun təşkil etdiyi “XI Türk dili Olimpiadası”nda münsif olmuşdu. Həmçinin, FETÖ-nun media qurumu “Samanyolu” telekanalının yaranmasının 20-ci ildönümündə də təbrik mesajı yazmışdı.

Sonuncu qalmaqaldan sonra isə ssenarist sosial media hesabından ictimaiyyətə bir açıqlama verib və izləyicilərdən üzr istəyib. O, bildirib ki, dekorator kitabı rəfə bilmədən yerləşdirib. Onun mövzusu ilə heç bir məlumatlarının olmadığını da söyləyib.

Yenicag.az

COP29