Məşhur serialda təcavüz səhnəsi izləyiciləri özündən çıxartdı – VİDEO

Türkiyənin ən çox izlənən seriallarından “Vatanım Sensin” son bölümündəki təcavüz səhnəsi ilə izləyiciləri kədərləndirib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “Kanal D”nin reytinq rekordu qıran serialı sosial medianı bir anda alt-üst edib. Səhnənin təsirindən göz yaşlarını saxlaya bilməyən izləyicilər ssenaristə acıqlanıblar.

Qeyd edək ki, səhnədə baş rol Azize yunan əsgəri tərəfindən təcavüzə uğrayır. Azizenin simasında yunanlar tərəfindən zorakılığa məruz qalan türk qadınlarının çəkdiyi əzablar nümayiş olunur.

COP29