“Star” kanalında yayımlanan “Duy beni” serialı üçün final qərarı verilib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ekran işi dekabrın 1-də 22-cü bölümdə izləyicilərinə vida edəcək.
Məlumata görə, buna səbəb serialın reytinqdə gözlənilən nəticəni verməməsi olub.
Qeyd edək ki, serialın baş rollarını Rabia Soytürk, Caner Topçu, Helin Kandəmir, Burak Can, Sümeyye Aydoğan paylaşır.