Məşhur serialın aktyoru Bakıda – FOTO

Tanınmış yazar və “Payitaht Abdulhamid” serialında “Tahsin Paşa” rolunu canlandıran Bahadır Yenişehirlioğlu Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, “Büyükfırat” şirkətlər qrupunun rəhbəri, TÜİB sədri Hüseyin Büyükfıratın qonağıdır.

Bahadır Yenişehirlioğlu səfər çərçivəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Tanınmış yazar sabah Hacıqabulda yerləşən türk şəhidliyini ziyarət edəcək.