Məşhur serialın aktyoru qəzaya düşdü – FOTO

Türkiyənin “Pahitaht Abdülhamid” serialının aktyory Ali Nuri Türkoğlu avtomobil qəzası keçirib.

Yenicag.az xəbər verir ki, o, idarəetməni itirərək əvvəlcə qarşıdan gələn maşına, daha sonra isə ağaca çırpılıb.

Qəza nəticəsində sol ayağında qırıq aşkarlanan aktyor xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, adıçəkilən aktyor sözügedən serialda “Emanuel Karasu” rolunu canlandırır.