Məşhur şirkət 10 min işçisini ixtisar edir

Dünyanın aparıcı avtomobil ehtiyat hissələri tədarükçüsü olan “Bosch” Almaniyadakı müəssisələrində işçilərini ixtisar edəcəyini açıqlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bosch”un nəzarət şurasının sədr müavini Frank Sell, şirkətin ehtiyat hissələri departamentində 8 min ilə 10 min arasında iş itkisi ola biləcəyini söyləyib.

Sell ​​həmçinin bildirib ki, işçi nümayəndələri və həmkarlar ittifaqları tətilləri nəzərə alaraq 2025-ci il üçün fəaliyyət planı hazırlayıblar. Həmçinin bildirilir ki, “Bosch” yaxın illərdə dünya üzrə təxminən 8250 nəfəri işdən çıxarmağı planlaşdırır.

“Çətin iqtisadi mühit və avtomobil sənayesində davam edən transformasiya, digər şirkətlər kimi bizi də böyük çətinliklərlə qarşı-qarşıya qoyur. Bizim üçün bu şərtlər altında rəqabət qabiliyyətimizi qorumaq vacibdir”, – Sell ifadə edib.

“Bosch” Almaniya şirkətində təxminən 135 min insanı çalışır.