Coworkinglər şəbəkəsi olan WeWork Yaponiyanın SoftBank holdinqinin tərkibinə keçəndən sonra əməkdaşlarının 30%-ni (4000 işçi) işdən azad edəcək.
Yenicag.az Technote-a istinadən xəbər verir ki, işçilərin ixtisar olunması ilk növbədə SoftBank-ın planlarına daxildir.
Bu üsul ilə holdinq şirkətə 5 milyard dollar dəyərində maliyyələşdirmə təqdim etdi və WeWork-un təsisçisi olan Adam Neumann-ın 1 milyard dollar dəyərində olan səhmlərini aldı. Bundan əlavə olaraq SoftBank borcların ödənməsi üçün Adam Neumann-a 500 milyon dollar kredit verdi və ona əlavə 185 milyon dollar ödəniş etdi. WeWork-da ümumilikdə 14.000 insan çalışır.
İşçilərin ixtisar edilməsi vasitəsilə şirkət öz gəlirini yüksəltmək istəyir. Məlumatda qeyd olunub ki, şirkət Çin, Hindistan və Latın Amerikası bazarlarından gedə bilər. Bunun əvəzində şirkət öz diqqətini Yaponiya, ABŞ və Avropa bazarlarına ayıracaq. WeWork öz səhmlərinin idarəedici paketini SoftBank-a alınmamış IPO-dan sonra satdı. Şirkət birjaya bu ilin sonuna kimi çıxmağı planlaşdırırdı. Lakin investorların tənqidlərindən sonra IPO prosesi alınmadı.
Qeyd etmək lazımdır ki, 22 oktyabr tarixində SoftBank holdinqi WeWork səhmlərinin idarəedici paketini aldı.