Məşhur şirkətdə FETÖ əməliyyatı – 23 nəfər saxlanıldı

Türkiyənin “Koza Holding” şirkətlər qrupunda FETÖ işi çərçivəsində əməliyyat keçirilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Koza Holding”də keçirilən əməliyyat nəticəsində 23 nəfər gözaltına alınıb.

Məlumata görə, saxlanılan şəxslərdən 10-nun telefonunda FETÖ-çuların istifadə etdiyi “ByLock” ünsiyyət proqramı aşkarlanıb.

Saxlanılanlar arasında “İpek Medya Grup”un rəhbəri Şaban Yörüklü və onun müavini Ali Serdar Hasırcıoğlu da var.

Şirkətin rəhbərliyində təmsil olunan 4 nəfər isə axtarışa verilib.

Yeniçağ.Az

COP29