ABŞ-nin İndianapolis şəhərində baş verən atışma nəticəsində səkkiz nəfər həlak olub.
Yenicag.az xəbər verir ki, hadisə yerli hava limanının yaxınlığında yerləşən “FedEx” logistika şirkətinin binasında baş verib.
Atışma nəticəsində 60-a yaxın insan yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, insidenti törədən şəxs intihar edib.