Qlobal birjalar bir gündə çökdü: Ölkəmizə təsiri necə olacaq? – VİDEO

Ötən gündən başlayaraq, dünya birjalarında bir sıra kriptovalyutaların qiymətlərində, habelə məşhur şirkətlərin səhmlərində düşüşlər qeydə alınmağa başlayıb. Qlobal iqtisadçıların fikrincə isə sözügedən prosesin yaranmasına səbəb Yaxın Şərqdə başlamış gərgin vəziyyətlə əlaqədardır.

Hətta iqtisadi analitiklər hesab edirlər ki, mümkün İran-İsrail müharibəsi nəticəsində dünya birjasında genişmiqyaslı çöküşün olacağı da istisna edilmir.
Məsələ ilə bağlı Yenicag.az-la söhbətində iqtisadçı Eldəniz Əmirov deyib ki, birjalarda qeyd edilən təlatümlər ilk deyil və əvvəlki dönəmlər də belə hadisələr baş verib.
Onun sözlərinə görə, prosesi Yaxın Şərqdə baş verən hadisələrlə əlaqələndirmək düzgün deyil.

Ətraflı videomaterialda:

Rafi Müslümov
Samir Məcidov
Məsimə Məmmədova

COP29