Məşhur şoumendən Elazığ üçün xeyriyyə gecəsi: 5 saata 51 milyon toplandı

Türkiyə zəlzələdən zərər çəkən Elazığ əhalisini yalqız buraxmayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur televiziya aparıcısı Acun İlıcalının rəhbəri olduğu “TV8” telekanalında Elazığda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün xeyriyyə gecəsi keçirilib.

Məlumata görə, televiziya ilə canlı yayımlanan marafon zamanı minlərlə insan əlaqə yaradaraq, zəlzələdən zərər çəkənlər üçün açılmış hesaba pul köçürüblər.

Türkiyənin məşhur simaları Seda Sayan, Murat Boz, Hadisə, Sibel Can, Mustafa Ceceli, “Reynmen”, Bülent Sertaş və digərləri canlı yayıma bağlanaraq, yardım kampaniyasında iştirak edəcəklərini bildiriblər.

Aksiya nəticəsində zərərçəkənlər üçün 5 saat ərzində 51 milyon lirə (14 milyon, 572 min manat) toplanıb.

Məsimə M.

COP29