Məşhur tarixçi Azərbaycana gəlir – FOTO

Türkiyənin tanınmış tarixçilərindən olan professor İlber Ortaylı Azərbaycana gələcək.

Yenicag.az xəbər verir ki, onun səfəri 14-18 sentyabr tarixlərinə təsadüf edəcək.

İlber Ortaylının ölkəmizə səfəri Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) dəvəti əsasında gerçəkləşəcək.

Bunu TÜİB başqanı Hüseyin Büyükfırat öz sosial media hesabından bildirib.