Azərbaycanda fəaliyyət göstərən daha 13 məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv olunub. Yeniçağ.az xəbər verir ki, Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, onların sırasında məşhur ticarət mərkəzləri və tikinti şirkətləri də var.
Belə ki, “Baku Life Centre” MMC ləğv olunduğunu elan edib. Öz tələblərini irəli sürmək üçün şirkətin kreditorlarına 2 ay vaxt verilib. Onlar Əhməd Rəcəbli küçəsi, bina 5a, 15-ci mərtəbəyə müraciət edə bilərlər.
“Çin Ticarət Evi” MMC-də ləğv olunub. Şirkətin kreditorları 2 ay ərzində öz tələblərini Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 18 ünvanına bildirə bilərlər.
Ləğv olunan şirkətlər sırasında “İnşaatçı” MMC də var.