Məşhur türk aktyorun qardaşı həbs olundu – FOTO

Türkiyənin tanınmış aktyorlarından olan Şafak Sezerin qardaşı Yavuz Sezer həbs olunub.

Yenicag.az xəbər verir ki, o, cibgirlikdə ittiham olunub.

Yavuz Sezer oğurluq əməlini 9 ay öncə gerçəkləşdirib. Sərnişin avtobusunda pulunun oğurlandığından agah olan vətəndaş polisə müraciət edib. Araşdırmalar nəticəsində cibgirin Yavuz Sezer olduğu üzə çıxıb. Maraqlıdır ki, oğru bir gün sonra özü polisə təslim olub.

Qeyd edək ki, Yavuz Sezer törətdiyi əməldən peşman olmadığını, bu işin peşəkarı olduğunu bildirib.