Məşhur türk futbolçu bu klubu satın alır

“Fənərbaxça”nın ulduz futbolçusu Mesut Özil Türkiyədə klub almaq istəyir.

Yenicag.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Çorum”un sahibi olmaq niyyətindədir.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Təcrübəli futbolçu bunun üçün 20 milyon lirə ödəməyə hazırdı.

Hazırda Türkiyə 2-ci Liqasında mübarizə aparan “Çorum” 6-cı pillədə qərarlaşıb./Sportinfo.az/