Məşhur türk müğənni barədə həbs qərarı

Məşhur türkiyəli müğənni Nihat Doğan həbs olunub.

Yenicag.az xəbər verir ki, buna səbəb müğənninin televiziya verilişlərinin birində “Kurtlar Vadisi Darbe” filminin istehsalçılarını FETÖ-çu adlandırması olub.

Belə ki, filmin rejissoru və istehsalçısı Necati Şaşmaz Nihat Doğanı bu ittihamına görə məhkəməyə verib.

Günahı təsdiqlənən müğənni 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin cəza təxirə salınıb. Bundan əlavə, o, 23 min türk lirəsi məbləğində də cərimə olunub.

COP29