!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur türkiyəli professordan azərbaycanlı həkimlər üçün mühazirə

!Reklam – Yazi

“Vefa İlaç” Əczaçılıq Zavodunun təşkilatçılığı ilə Türkiyənin tanınan həkimlərindən olan, Ege Universitetinin professoru, Türkiyə Qastroenteroloji Dərnəyinin rəhbəri Serhat Bor Bakıda azərbaycanlı həkimlər üçün mühazirə oxuyub.

Yenicag.az xəbər verir ki, 300-dən artıq həkimin iştirak etdiyi tədbirdə professor Sərhat Bor qastroenteroloji (mədə-bağırsaq) xəstəlikləri arasında geniş yayılmış qastroezofageal reflüks (mədədən-qida borusuna geri qayıtma) xəstəliyi haqqında, müasir müayinə və müalicə metodlarına dair geniş mühazirə ilə çıxış edib.

Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən professor S.Bor yenidən Azərbaycanda olmağından qürur duyduğunu bildirib: “Dünyada olduğum ölkələrdən sevə-sevə getdiyim ölkə Azərbaycandır. Azərbaycan mənim ikinci evimdir. Burada özümü ailəmdəki kimi hiss edirəm. Bu tədbirdən və həkimlərin fəal iştirakından çox razı qaldım. Hesab edirəm ki, “Vefa İlaç” şirkətinin bu sahədə gördüyü işlər çox müsbət bir addımdır və Azərbaycan xalqının sağlamlığına, maariflənməsinə xidmət edir”.

Daha sonra həkimlərin suallarını cavablandıran S. Bor onlarla xatirə şəkilləri çəkdirib.

“Uğurumuz sağlamlığınızdır”devizi ilə işləyən şirkət

Qeyd edək ki, tədbirin təşkilatçısı olan və 2012-ci ildə yaradılan dərman vasitələri və qida əlavələri sahəsində öncül yerlərdən birini tutan “Vefa İlaç” Əczaçılıq Zavodu məhsullarının son texnologiya ilə istehsalında, AR-Ge – laborator araşdırma və inkişaf tədqiqat proseslərində qabaqcıl təcrübəyə malik bir zavoddur. Zavod Avrasiyada yüksək WHO, GMP və ISO sertifikatları ilə təsdiq olunmuş istehsal imkanlarına malikdir və istehsal prosesləri ən ciddi Beynəlxalq Tənzimləmə standartlarına cavab verməkdədir. Vefa İlaç Zavodu insan sağlamlığı və rifahı üçün yüksək keyfiyyətli məhsulların istehsalı üzrə öz sinfində birincilər sırasındadır. Hal-hazırdaVefa İlaç Zavodunun bir neçə ölkədə təmsilçilikləri fəaliyyət göstərməkdədir.

www.yenicag.az

5080
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv