ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Kolumbiya Universitetinin rektoru Nemət Minuş Şəfik ali məktəbin kampusunda Fələstinə dəstək aksiyaları keçirildikdən bir neçə ay sonra istefa verdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, rektor bu barədə özü açıqlama yayıb.
Bu ilin aprelin 16-da Kolumbiya Universitetinin tələbələri universitetin İsrailin hücumlarını və blokadada olan Qəzza zolağının işğalını dəstəkləyən şirkətlərə maliyyə sərmayələrini davam etdirməsinə etiraz əlaməti olaraq kampusun bağçasında oturaq aksiya keçiriblər.
Etirazların ikinci günündə rəhbərlik Nyu-York polisindən nümayişçiləri dağıtmaq üçün yardım istəyib və polis şəhərciyə daxil olub və 108 tələbəni saxlayıb.
Aprelin 29-da məktəb rəsmiləri ilə danışıqlar dayandırıldıqdan sonra tələbələr tarixi məktəb binası olan “Hamilton Hall”u zəbt etdilər. Bir gün sonra universitet rəhbərliyinin tələbi ilə polis işə qarışaraq binanı boşaldıb və kampusun bağçasında çadır şəhərciyi qurub.
Aprelin 17-də kansler Şafik Nümayəndələr Palatasının Təhsil Komitəsi qarşısında “yəhudi tələbələri antisemitizmdən qoruya bilmədiyi” iddiaları ilə bağlı ifadə verib. Eyni zamanda, Nümayəndələr Palatasının spikeri Mayk Conson şəxsən ondan istefa verməsini xahiş edib.
Şəfik uzun müddət müqavimət göstərərək 2023-2024-cü tədris ilini rektor kimi başa vurub.
Nəsimi Ələsgərli