Məşhur xəstəxanaya yeni baş həkim TƏYİN OLUNDU – FOTO

Mərkəzi Gömrük Hospitalının rəis müavini, Tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev bu gündən Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunub.

Bu barədə Yenicag.az-a Hospitaldan xəbər verilib.

Qeyd edilib ki, Bəxtiyar Musayev 2018-ci ildən 16 mart 2023-cü ilə qədər Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini vəzifəsində, eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərib.