Məşhurlar Bayraq günündə Lələtəpədə – FOTOLAR

9 noyabr – Bayraq günü münasibəti ilə bir qrup tanınmış sənət adamı cəbhə bölgəsinə yola düşüb.

Yenicag.az xəbər verir ki, sənət adamları Füzuli rayonunun Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı kəndində olub.

Sakinlərlə görüşən sənətçilər onları musiqi töhfələri ilə sevindiriblər. Tanınmışlar arasında əməkdar artist Ədalət Şükürov, müğənni Vasif Məhərrəmli və aparıcı Aytən Səfərova da olub.

Həmin fotoları təqdim edirik:

Həmçinin, bu gün münasibətilə bağlı olaraq bir çox məşhur sosial şəbəkədə paylaşım edərək öz fikirlərini bölüşüb:

Qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq, Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırki üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi hər il Dövlət Bayrağı günü kimi qeyd olunur.

 

COP29