Ötən gün Antalyada konsert verən Cenifer Lopezi dinləməyə gələnlər arasında məşhurlar da olub.
Yenicag.az xəbər verir ki, 2500 insana konsert verən Cenifer Antalyada möhtəşəm şou göstərib. İzləyicilər arasında Erkan Kolçak Köstendil və həyat yoldaşı Cansu Tosun, Enis Arıkan, Hande Erçel, Aslı Kızmaz, Meryem Uzerli, Raşit Bağzıbağlı, müğənni Levent Dörter, Dilan Tatlıses, “Antalyaspor” klubunun oyunçuları və dünyaca məşhur futbol klubu “Real Madrid”in sabiq futbolcu Clarence Seedorf da qatılıb.
Qeyd edək ki, 7 illik fasilədən sonra yenidən Türkiyəyə gələn ulduz, sosial şəbəkədə Antalya konserti ilə başlı heç bir paylaşım etmədiyinə görə tənqid edilib.
Natavan