!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhurlar Xocalı üçün paylaşdı - FOTOLAR

!Reklam – Yazi

Ötən gün İstanbulda Xocalı Soyqırımının anım günü ilə əlaqədar “Palmali” Şirkətlər Qrupu, “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirilib.

Yenicag.az xəbər verir ki, İstanbul Universitetində baş tutan Kampaniya üç dildə (ingilis, türk və rus), əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılıb.

“Palmali”nin prezidenti Mübariz Mənsimovun çağırışına saysız-hesabsız məşhurlar da qoşulub.

Onlar arasında millət vəkili Saffet Sancaklı da yer alıb. Onun həmkarı, MHP-dən olan sabiq deputat Sinan Oğan da kampaniyaya qoşulanlar arasındadır.

Bundan başqa, Sibel Can, Hadisə, Mahsun Kırmızıgül kimi Türkiyənin məşhur müğənniləri də Xocalı üçün paylaşım edənlər arasında olub.

Eyni zamanda kampaniya çərçivəsində”İpəkyolu” Strateji Araşdırmalar Mərkəzinin sədri Seyfullah Türksoy, Türkiyənin tanınmış filosofu Hakan Mengüç, “Qalatasaray”ın İdarə Heyətinin üzvü Ural Aküzüm, “Yeni Şafak” qəzetinin yazarı Yusuf Kaplan, türkiyəli yazar Murad İde, jurnalist Didem Arslan Yılmaz, professor Kürşad Zorlu, aktyor İsmail Filiz, onun həmkarı Cem Uçan da Xocalı üçün paylaşım ediblər.

Azərbaycanın da incəsənət sahəsinin nümayəndələri kampaniyaya qoşulub. Bu mənada seçilənlər arasında tanınmış aktyor Cabir İmanov, Murad Dadaşov, məşhur aparıcı Vüsalə Əlizadə də var. Jurnalist Ceyhun Arişov da fəallığı ilə seçilib.

Emin Səfərov

www.yenicag.az

2595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv